...

Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olunub (FOTO)

Maliyyə Materials 23 Aprel 2019 15:44 (UTC +04:00)
263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib.
Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib.

“Bank Respublika”dan Trend-ə verilən məlumata görə, tədbirdə İcra hakimiyyətinin nümayəndələri, Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.

İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.

Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirlən rəsm müsabiqəsinin qaliblərinə eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.

Bankdan verilən məlumata əsasən, Bank il ərzində yalnız biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti