...

Elman Rüstəmov: Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 500 milyon manatı keçib

Maliyyə Materials 13 May 2020 12:15 (UTC +04:00)
Elman Rüstəmov: Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 500 milyon manatı keçib

Bakı. Eldar Canaşvili - Trend:

Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 550 milyon manata çatır.

Trend-in məlumatına görə, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, mayın əvvəlinədək ölkədə kreditlərin restrukturizasiyası üçün ümumilikdə 549 milyon manat məbləğində 48 min müraciət qəbul edilib və onlardan yalnız 15-i müsbət cavab almayıb.

E.Rüstəmov vurğulayıb ki, bütün müraciətlərin təxminən 91 faizi biznes kreditlərə, 4 faizi istehlak kreditlərinə, 5 faizi isə ipoteka kreditlərinə aiddir. Bu günədək müraciətlərin 37 faizdən çoxuna baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti