...

Mərkəzi Bank: Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək

Maliyyə Materials 30 İyul 2020 13:17 (UTC +04:00)
Mərkəzi Bank: Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda maliyyə hesabatlılığına və bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankların əmanətlərin alınması və kreditlərin verilməsi ilə bağlı qanunsuz fəaliyyətinin qarşısının alınması üçün bankların maliyyə hesabatlarının monitorinqi zəruridir:

“Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti