...

Serbiya Azərbaycana borcunu vaxtından əvvəl qaytarıb

Maliyyə Materials 12 Yanvar 2021 13:47 (UTC +04:00)
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl qaytarıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

Serbiya "Dəhliz 11" yolunun tikintisi üçün Azərbaycandan aldığı 172,7 milyon avro məbləğində borcunu vaxtından əvvəl ödəyib.

Trend-in məlumatına görə, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Qeyd olunur ki, borc Serbiyanın Kommersiya Bankının səhmlərinin 83,23 faizinin Sloveniyanın "Nova Ljubljanska" bankına 394,7 milyon avro məbləğində satılması hesabına ödənilib.

Xatırladaq ki, Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın “AzVirt” tikinti şirkəti tərəfindən aparılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti