...

S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb

Maliyyə 22 Yanvar 2022 11:50 (UTC +04:00)
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin müsbət saldosunun ümumi daxili məhsulun (ÜDM) 3,1 faizini təşkil edəcəyi gözlənilir.

Trend bu barədə S&P beynəlxalq reytinq agentliyinin hesabatına istinadən məlumat verir.

Proqnoza əsasən, 2023-cü ildə büdcə profisiti ÜDM-in bir faizinədək azalacaq. 2024-cü ildə isə profisit kəsirlə əvəz olunacaq və ÜDM-in 1,1 faizini, 2025-ci ildə 1,5 faizini təşkil edəcək.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun böyük həcmdə likvid aktivləri sayəsində Azərbaycanın güclü fiskal mövqeyi dəstəklənəcək.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti