...

Azərbaycanda bir sıra sektorlar nəticəəsaslı büdcə mexanizminə keçəcək - Maliyyə naziri

Maliyyə Materials 22 Fevral 2023 12:38 (UTC +04:00)
Azərbaycanda bir sıra sektorlar nəticəəsaslı büdcə mexanizminə keçəcək - Maliyyə naziri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi üzrə pilot sektorlarda nəticəyönümlü büdcəyə keçid mexanizminin tamamlanması planlaşdırılır.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan maliyyə naziri Samir Şərifov "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

"Bu ildən dövlət büdcəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar üzrə pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid mexanizminin tamamlanması və proqram əsaslı büdcənin təkmilləşdirilərək tətbiqi, islahatlar prosesinə səhiyyə, sosial müdafiə və sosial təminat, gənclər və idman, mədəniyyət, turizm sektorlarının da cəlb olunması nəzərdə tutulub", - nazir qeyd edib.

O bununla əlaqədar olaraq 2023-cü ildən yeni cəlb olunan sektorlarda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid üzrə işlərin başladılacağını vurğulayıb.

"2024-cü ildə artıq yeni cəlb olunan sektorların 2025-2027-ci illər üçün büdcə xərcləri proqram əsasında formalaşdırılacaq. Son illər bir çox sahədə olduğu kimi dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparılıb. Bu islahatların prioritet istiqamətlərindən biri məhz Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçiddir", - S.Şərifov sonda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti