...

Azərbaycan xarici valyutada borcun xüsusi çəkisini azaldacaq

Maliyyə Materials 24 May 2023 17:21 (UTC +04:00)
Azərbaycan xarici valyutada borcun xüsusi çəkisini azaldacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan strategiyasına əsasən xarici valyutada ifadə olunmuş borcun xüsusi çəkisinin azalmaslna

Trend çərşənbə günü xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyilib.

Hesablama Palatasının məlumatlarına görə, bu, 2014-cü ilin martında beynəlxalq maliyyə bazarlarında xarici valyutada 1,25 milyard dollar dəyərində dövlət qiymətli kağızları (avrobondlar) uğurla yerləşdirildikdən sonra mümkün olub. Bu avrobondların etibarlılıq müddəti 10 il, faiz dərəcəsi isə 4,75 faizdir.

"Borc strategiyasına əsasən, nominal dəyəri 350 milyon dollar olan dövlət istiqrazlarının (avroistiqrazların) bir hissəsi vaxtından əvvəl ödənilib. Bundan başqa, 2024-cü ildə Azərbaycan 900 milyon ABŞ dolları dəyərində yerdə qalan hissəni xarici investorlara geri qaytarmalıdır. 592 milyon manat konvertasiya olunaraq xarici dövlət borcunun əsaas məbləğinin ödənilməsi üçün istifadə olunub. Lakin bu sahədə müəyyən risklər hələ də qalmaqdadır. Xarici borcun ümumi məbləğində dəyişən faizli borcun xüsusi çəkisi 38,4 faizdən 41,6 faizədək artıb. Beş il ərzində ödənilməli istiqrazlar xarici borcun ümumi həcminin ən böyük hissəsini təşkil edib. Dövlət istiqrazlarının orta ödəniş müddəti aşağı olaraq qalıb, orta və qısamüddətli istiqrazlar isə üstünlük təşkil edib (müvafiq olaraq həcmə görə 80,7 faiz). Təkrar bazarda dövlət istiqrazları üzrə əməliyyatların və REPO əməliyyatların (əks REPO) həcmi də azalıb. Azərbaycanın dövlət büdcəsinin dayanıqlılığını təmin etmək üçün borc öhdəlikləri səmərəli idarə edilməli və maliyyə mənbələri müxtəlif olmalıdır", - deyə Hesablama Palatası qeyd edir.

(Tərcümə: Rəna Ədbürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti