...

COP29 çərçivəsində BMT ölkələrinin metan emissiyalarının azaldılması üzrə Yol Xəritəsi təqdim ediləcək

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 13:38 (UTC +04:00)
COP29 çərçivəsində BMT ölkələrinin metan emissiyalarının azaldılması üzrə Yol Xəritəsi təqdim ediləcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində keçiriləcək COP29 çərçivəsində BMT ölkələrinin metan emissiyalarının azaldılması üzrə Yol Xəritəsi təqdim ediləcək.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Mindauqas Laurinaviçius Bakıda "Metanla bağlı vədləri həyata keçirmək" adlı seminarda deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası COP29 Sədrliyi ilə sıx əməkdaşlıq edir və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransında metan üzrə ayrıca panelin yaradılması və Metan Bəyannaməsinin qəbul olunması məqsədilə işlər görür.

"Bu qaz karbondan daha uzun müddət atmosferdə qalır və onun təsiri dioksid karbondan 30 dəfə daha güclüdür. Buna görə də dünya ölkələri bu problemin aradan qaldırılması üçün səylərini birləşdirməlidirlər", - Avropa Komissiyasının nümayəndəsi əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti