...

Bakıda "Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs" adlı konfrans keçirilib (ƏLAVƏ EDİLİB)

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 18:35 (UTC +04:00)
Bakıda "Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs" adlı konfrans keçirilib (ƏLAVƏ EDİLİB)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində "Metanla bağlı irərləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)" adlı beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, çıxış edənlər arasında Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, beynəlxalq və Azərbaycanlı ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri olub.

Qeyd edək ki, metan emissiyalarının istixana effekti karbon qazından 28-30 dəfə daha güclüdür. Metan emissiyalarının əsas mənbələri isə neft-qaz və kənd təsərrüfatı sahələridir. Qarşıdan gələn COP29 zamanı Bakıda metan üzrə bəyannamə qəbul ediləcək.

Bundan əlavə, Azərbaycan metan emissiyalarının azalması ilə bağlı sənədin qəbulunu təşəbbüs edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, metan emissiyaları son 20 ildə atmosfer və ətraf mühitin çirklənməsinin ən güclü amillərindən biri olub və karbon qazını 80 dəfədən çox üstələyib.

Onun sözlərinə görə, dünya ölkələri 2030-cu ilə qədər istehsalat tullantısı kimi metan emissiyalarını 30-35 faiz azaltmaq üçün birləşiblər.

“COP29 çərçivəsində metana həsr olunmuş ayrıca gün keçiriləcək”, - U.Tağıyeva vurğulayıb.

O, həmçinin qeyd edib ki, iqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir və ölkə bu istiqamətdə bütün səviyyələrdə fəaliyyət göstərir.

Ətraf Mühitin Mühafizəsi üzrə Fondun (EDF) baş elmi işçisi, professor Stiven Hamburq qeyd edib ki, antropogen qlobal istiləşmənin təxminən 30 faizinin səbəbi metandır və əgər biz metan emissiyalarını tez bir zamanda azalda bilsək, dünya yaxın onilliklərdə çox daha ekoloji təmiz olacaq.

Onun sözlərinə görə, metanın atmosferdəki qalma müddəti nisbətən qısa olsa da, o, təbiətə böyük ziyan vurur və buna görə də onun emissiyalarının azaldılması CO2 emissiyalarının azaldılması qədər vacibdir.

“İqlim üzrə islahatlar həyata keçirilməzsə və metan emissiyalarını azaltmaq üçün tədbirlər görülməzsə, nəticələri ağır olacaq. Hərəkətsizlik bəşəriyyətin yalnız 2100-cü ildə metan emissiyalarının məqbul göstəricilərinə çatmasına səbəb ola bilər, amma gecikmək yolverilməzdir, aktiv tədbirlər lazımdır”, - Stiven Hamburq qeyd edib.

O, metanın CO2-dən daha sürətli yox olduğunu vurğulayıb.

"Enerji sahəsində fəaliyyət göstərən şirkətlər metan emissiyalarının ən çox olduğu sahələrdə emissiyaların izlənməsini artırmalı və onların azaldılması üçün ən yeni texnoloji yollardan istifadə etməlidir”, - əlavə edib.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev qeyd edib ki, SOCAR metan emissiyalarını izləmək, məlumatları emal etmək və metan emissiyalarını azaltma prosesini idarə etmək üçün süni intellektdən daha çox istifadə etməyi planlaşdırır.

O, şirkətin dekarbonizasiya prosesini optimallaşdırmaq üçün emissiyaların mütəmadi ölçmələrini apardığını vurğulayıb.

“Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini araşdırırıq. Həmçinin, peşəkar şirkətləri cəlb edərək, yer səthində ölçmə metodlarından istifadə etməyə başladıq. Onlarla birlikdə metan emissiyalarımızla mübarizəni optimallaşdırmağa kömək edəcək süni intellekt alətini inkişaf etdiririk”, - o deyib.

Ə.İsaev, “SOCAR”-ın 2023-cü ilin dekabrında dekarbonizasiya ilə bağlı beynəlxalq bəyannaməyə qoşulduğunu xatırladaraq, bunun mərhələli dekarbonizasiyanı (2030, 2035 və 2050-ci illər) nəzərdə tutduğunu bildirib və 2050-ci ildə isə sıfır emissiyaya çıxma gözlənilir.

“Metan üzrə 2035-ci ildə artıq 0,2 faiz emissiya intensivliyinə çata bilərik və bu nəticə üzərində fəal işləyirik”, - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti