...

BP və SOCAR şirkətləri metan emissiyaları ilə bağlı texnologiyalar və hesabatlar üzərində birgə çalışırlar

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 14:35 (UTC +04:00)
BP və SOCAR şirkətləri metan emissiyaları ilə bağlı texnologiyalar və hesabatlar üzərində birgə çalışırlar
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

BP və SOCAR şirkətləri metan emissiyaları ilə bağlı texnologiyalar və hesabatlar üzərində birgə çalışırlar.

Trend xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransda bildirib.

Onun sözlərinə görə, BP 2024-cü ildən etibarən Azərbaycanda dənizdə və quru obyektlərində mümkün metan emissiyalarını izləmək üçün yeni sensorlar və dronlar tətbiq edir və bu istiqamətdə işini davam etdirəcək.

Bəxtiyar Aslanbəyli SOCAR ilə "yaşıl" enerji keçidi məsələlərində məhsuldar əməkdaşlığın müsbət nəticələr verdiyini də vurğulayıb.

Onun sözlərinə görə, BP 2024-cü ildən etibarən Azərbaycanın dəniz və quru ərazilərindəki obyektlərində mümkün metan emissiyalarını izləmək üçün yeni sensorlar və dronlardan fəal istifadə edir, bu istiqamətdə işini davam etdirəcək.

Bəxtiyar Aslanbəyli SOCAR ilə "yaşıl" enerji keçidi məsələlərində məhsuldar əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan COP29 çərçivəsində metan bəyannaməsinin imzalanmasını təşviq edib, eləcə də, qida istehsalı sahəsində metan emissiyalarının azaldılması təşəbbüsü ilə çıxış edib.

Keçən həftə Nyu-Yorkda IEA və COP29 rəhbərliyi BMT Baş Assambleyasının çərçivəsində metanla bağlı yüksək səviyyəli dialoq keçirib.

Qeyd olunub ki, SOCAR-ın metan emissiyalarını izləmək və onların azaldılması üçün müxtəlif metodlar üzrə atdığı addımlar IEA tərəfindən müsbət qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti