...

Gənclərin iqlim dəyişikliyi ilə bağlı fikirlərini təbliğ etmək vacibdir - Siqurd Seyndal Krabbe

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 14:13 (UTC +04:00)
Gənclərin iqlim dəyişikliyi ilə bağlı fikirlərini təbliğ etmək vacibdir - Siqurd Seyndal Krabbe
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin iqlim dəyişikliyi ilə bağlı fikirlərini təbliğ etmək vacibdir.

Trend xəbər verir ki, bunu BMT-nin iqlim və ətraf mühit məsələləri üzrə gənclər nümayəndəsi Siqurd Seyndal Krabbe COP29 liderlərinin Gənclər Forumu zamanı deyib.

"Mənim üçün bu məkanda gənclərin nümayəndəsi olmaq imkanı çox böyük əhəmiyyət kəsb edir. Çünki dünya əhalisinin demək olar ki, yarısı gənclərdir, lakin onlar dünya üzrə qərar qəbul edənlərin yarısını təşkil etmirlər. Bu səbəbdən, mənim fikrimcə, hazırkı qərar qəbul etmə yanaşması dayandığı demokratik mandatı tam əks etdirmir", — o qeyd edib.

"Ümid edirım ki, bir gün gənclər də digər nümayəndələr kimi müxtəlif vacib müzakirələrdə bərabər səviyyədə iştirak edəcək", - Siqurd Seyndal Krabbe bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti