...

"Azərcell Telecom"un rəhbəri Moskvada keçiriləcək beynəlxalq konfransda çıxış edəcək

Telekommunikasiya Materials 11 Oktyabr 2007 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Cümə axşamı "Azərcell Telecom" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın "Azərcell Telecom" BM mobil operatorunun baş direktoru Həlim Atəş "Avrasiya geosiyasətində Türkiyə, Azərbaycan və Rusiyanın yeri və rolu" mövzusunda beynəlxalq konfransda iştirak edəcək. O, konfransda Azərbaycanda mövcud olan biznes şəraiti, Avrasiya regionuna Avropa şirkətlərinin sərmayə qoymasının vacibliyi, Türkiyə, Azərbaycan, Rusiya əməkdaşlığının əhəmiyyəti barədə çıxış edəcək.

Konfrans oktyabrın 16-da Moskvada baş tutacaq. Konfrans Azərbaycan - Türkiyə İş Adamları Birliyi (ATİB), Rusiyanın Humanitar Akademiyası tərəfindən təşkil olunub. Konfransın baş sponsoru "Azərcell Telecom"dur.

Konfransda Xarici İşlər və İqtisadi İnkişaf Nazirliklərinin yüksək vəzifəli şəxslərinin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycanın Baş nazirinin keçmiş müavini Abbas Abbasovun iştirak edəcəyi gözlənilir. Türkiyə tərəfindən konfransda Baş nazirin keçmiş müavini Tuncer Kayalar, keçmiş xarici işlər naziri Hikmət Çətin, Rusiyadan Rusiyanın Təhlükəsizlik, Müdafiə və Hüquq-mühafizə Akademiyasının birinci vitse-prezidenti Gennadi Kasyanenkonun iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti