...

Azərbaycanda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının yaradılması İnternetə çıxış qiymətlərinin azalmasına təsir edəcək - ekspert

Telekommunikasiya Materials 4 Avqust 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust/ Trend müxbir S.Babayeva/ Azərbaycanda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının yaradılması, sözsüz ki, ölkədə İnternetə çıxış qiymətlərinin azalmasına müsbət təsir göstərəcək. Eyni zamanda,beynəlxalq GİPİ(Global Internet Policy Initiative) layihəsi üzrə ölkənin koordinatoru olan İnformasiya Siyasəti Analitik Mərkəzinn direktoru Yaşar Hacıyev belə hesab edir.

"Şuranın yaradılmasında müsbət cəhət odur ki, bütün maraqlı tərəflə üz-üzə əyləşib məsələnin real həllini müzakirə edirlər", - Hacıyev bildirib.

Ekspertin sözlərinə görə, yaranmış vəziyyətdə növbəti iki ayda İnternetə çıxış qiymətlərinin azalmasını proqnozlaşdırmaq olar. "Həm nazirlik, həm də provayderlərin özləri ölkədə İnternetin inkişafı məqsədilə qiymətlərin azaldılmasının zəruriliyi fikrində həmrəydirlər", -Hacıyev qeyd edib.

GİPİ-nin koordinatoru qeyd edib ki, dünya bek-bonları ilə məsafəni nəzərə almaqla, qonşu ölkələrlə müqayisədə, Azərbaycanda qiymətlər yüksəkdir.

Hacıyev bildirib ki, təqribi hesablamalara görə, ölkədə İnternet istifadəçilərin sayı 600 -700 min nəfərə, İnternet provayderlərin sayı isə, 22 -26 -ya çatır.

"Multimedia" informasiya sistemləri və texnologiyaları mərkəzinin direktoru, İnternet-forumun prezidenti Osman Gündüz əvvəllər bildirib ki, İnternetə çıxışın qiymətləri ölkədə İnternetin inkişafı üzrə Koordinasiya Şurasının yaradılmasından heç bir şəkildə asılı deyil.

"Qiymətlərin azalması ilə Şura arasında əlaqəni təsəvvür etmək mənim üçün çətindir", - Gündüz bildirib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hesab edir ki, bu strukturun yaradılması İnternetə çıxışın qiymətlərinin 30-35 faiz azalmasına səbəb olub. "Bizi İnternetə çıxış qiymətləri narahat edirdi və bununla əlaqədar biz Şura yaratdıq", - Abbasov bildirib.

Gündüz açıq rəqabət mühitinin inkişafını və dövlət orqanları - Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirlikləri tərəfindən konkret islahatların aparılmasını ölkədə İnternetin qiymətinin azalmasının əsas səbəbi hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti