...

Azərbaycanın milli axtarış İnternet-portalı ilin sonunadək sutkada 20 min istifadəçi gözləyir

Telekommunikasiya Materials 5 Sentyabr 2008 18:52 (UTC +04:00)
Azərbaycanın milli axtarış İnternet-portalı ilin sonunadək sutkada 20 min istifadəçi gözləyir

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir S.Babayeva/ İlin sonunadək Azərbaycanda birinci milli axtarış portalı yumroo.az-ın gündəlik istifadəçilərinin sayının 20 min nəfər səviyyəsində olacağı proqnozlaşdırılır, - məlumatlı mənbə cümə günü bildirib.

"Bütün planlaşdırılan texniki işlər yerinə yetirilərsə, bu sayda istifadəçi artıq portalın istismarının birinci mərhələsində real ola bilər", - mənbə qeyd edib.

Portalın oktyabrda istismara verilməsi planlaşdırılan birinci versiyasına axtarış, xəbər və poçt (poçt qutusunun qeyri-məhdud həcmi) funksiyaları daxil olacaq. Perspektivdə on-line mağazalar, əyləncə servisləri, xəbərlər, iqtisadi təhlil kimi əlavə xidmətlərin portalda yerləşdirilməsi planlaşdırılır.

"Layihənin əsas məqsədi bütün mütərəqqi İnternet-resursları populyarlaşdırmaq üçün onların hamısını bir yerdə toplamaqdır", - mənbə bildirib.

Yumroo.az üç dildə - Azərbaycan, ingilis və rus dillərində işləyəcək.

Yeni milli portalın əsas fərqi, dünyanı diqqətdən kənarda saxlamayaraq, Azərbaycanyönlü olmasıdır. Sorğuların dəqiq mənalarını nəzərə almaqla, portal vasitəsilə Azərbaycanın İnternet-resursları arasında daha səmərəli axtarış aparmaq mümkün olacaq.

İstismara verilən vaxtda portalın indeksasiyası Azərbaycanın 1 min fəal İnternet-saytını özündə birləşdirəcək. Xarici saytlar üzrə axtarış da təmin ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan sap

Xəbər lenti

Xəbər lenti