...

"Azercell" şirkəti bölgələrdə yeni stansiyalar quraşdırıb

Telekommunikasiya Materials 12 Sentyabr 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" əhalini keyfiyyətli rabitə xidməti ilə təmin etmək məqsədi ilə avqustda 20 yeni stansiya istifadəyə verib. Şirkətdən verilən məlumat görə, onlardan altısı Bakı, biri Abşeron, qalanları isə Astara, İmişli, İsmayıllı, Lerik, Qəbələ, Qobustan, Quba, Tərtər, Tovuz, Ucar və Zaqatalada ərazilərində quraşdırılıb.

Ümumilikdə iyun ayının əvvəlinə "Azercell"-in 1473 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.

"Azercell Telecom" Azərbaycanda iri mobil rabitə operatorudur və 3,5 mln.-dan çox abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti