...

Catel telekommunikasiya şirkətində rəhbərlik dəyişib

Telekommunikasiya Materials 3 Oktyabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Babayeva/ Azərbaycanda CDMA standartlı ilk mobil rabitə şirkəti olan Catel, cümə günü baş direktorunun dəyişməsi barədə elan edib. Şirkətin məlumatında deyildiyinə görə, Catel-ə 1997-ci ildən, ilk təsis günündən başçılıq etmiş Sadıq Hümbətovu Toğrul Hacızadə əvəz edəcək.

Şirkətdən bildiriblər ki, Hümbətov öz vəzifəsini könüllü surətdə tərk edib. Onu əvəzləyən Hacızadə əvvəllər Catel-də işləməyib.

Catel şirkəti Azərbaycan dövləti və ABŞ-ın "Omni-Metromedia Caspian Ltd." (OMCL) konsorsiumu arasında yardılmış ilk Azərbaycan-Amerika birgə müəssisələrindən biridir. 2008-ci ilin əvvəllərində şirkət tamamilə özəlləşdirilib.

Catel 1997-ci ildə yaradılıb, rəsmi olaraq isə 1999-cu ildə açılıb. Catel yerli telefon operatorlarından biri olmaqla, simsiz rabitə abonentlərinə "FH-CDMA" standartında, mobil rabitə abonentlərinə isə "3G CDMA" standartında simsiz rabitə xidmətləri təklif edir.

2007-ci ilin aprelində şirkət bazara CDMA2000 standartında mobil rabitə xidmətlərinin göstərilməsi üçün yeni FONEX brendini çıxarıb.  

Xəbər lenti

Xəbər lenti