...

Azercell şəbəkənin təkmilləşdirilməsi üzrə aparılan işlər çərçivəsində mümkün nasazlıqlarla bağlı xəbərdarlıq edir

Telekommunikasiya Materials 2 İyun 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend /

Azərbaycanda mobil rabitə operatoru Azercell Telecom abunəçilərini iyunun 3-dən 5-nə kimi zəng və digər xidmətlərin həyata keçirilməsi zamanı yaranacaq mümkün nasazlıqlarla bağlı xəbərdarlıq edir.

Şirkətin məlumatında deyildiyi kimi, bu, operator şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı aparılan işlərlə əlaqədardır.

Şirkət vaxtaşırı rabitənin keyfiyyətinin artırılması istiqamətində analoji işlər aparır.

Azercell Telecom ölkədə böyük mobil rabitə operatoru olaraq 3,5 milyon abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti