...

Bakıda MPEG-4 formatında şifrəli televiziya tətbiq olunur

Telekommunikasiya Materials 7 İyul 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir H.Vəliyev /

Paytaxt ərazisində MPEG-4 formatında şifrəli televiziyanın tətbiq olunması ilə bağlı işlər sentyabra qədər yekunlaşdırılacaq. Bu barədə Trend -a Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telekomunikasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda avadanlıqların quraşdırılma prosesi gedir və yaxın zamanlarda test işinə başlanacaq.

Bu gün şifrəli televiziya yayımı MPEG-2 formatında həyata keçirilir. Bu formatdan fərqli olaraq MPEG-4 formatında bir kanalda 4 yox, 10 proqramın yayımlanması nəzərdə tutulub.

Abdullayevin sözlərinə görə, paytaxt ərazisində iş başa çatdırılandan sonra şifrəli teleyayımın genişləndirilməsi işi regional səviyyədə həyata keçiriləcək. Növbəti mərhələdə şifrəli yayımın Gəncə və Naxçıvanda tətbiq olunması nəzərdə tutulub.

Yalnız quraşdırılmış avadanlıq və antenalarla məhdudlaşan analoq televiziyadan fərqli olaraq, şifrəli televizyanın tətbiq olunması xüsusi parametrlərə riayət olunarkən br sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Avadanlıqlar quraşdırılmazdan əvvəl sistem, relyefə uyğunluq, translyasiya zonası və s. test edilir, bundan sonra yayım həyata keçirilir. Bu, vaxtaparan və zəhmət tələb edən prosesdir.

Şifrəli televiziyanın tətbiq olunması analoq stansiyalarının modernləşdirilməsi yolu ilə həyata keçirilir. Bu stansiyalarda quraşdırılmış avadanlıqlar şifrəlilərlə əvəzlənir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti