...

Azərbaycanda göstərilən rabitə xidmətinin həcmi 12,3 faiz artıb

Telekommunikasiya Materials 15 İyul 2009 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir H.Vəliyev /

Təşkilatlara və əhaliyə göstərilən telekommunikasiya və poçt rabitəsi xidmətinin həcmi yanvar-iyun ərzində 468,4 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq göstəricisindən 12,3 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verib.  

Ümumi həcmin 78 faizi əhaliyə göstərilən xidmətin payına düşür.

Bununla belə, əldə olunmuş gəlirin 72,5 faizi mobil rabitənin payına düşür ki, bu sahədə də artım 15,1 faiz təşkil edib.  

Altı ayın yekununa görə, mobil rabitə istifadəçilərinin sayı 27,8 faiz artaraq 6,9 milyon abonent təşkil edib.

Rabitə xidmətinin artımı Quba-Xaçmaz iqtisadi rayonunda 6,8 faiz, Dağlıq Şirvanda 5,7 faiz, Şəki-Zaqatalada 2,3 faiz, Aranda 6 faiz, Lənkəran iqtisadi rayonunda 5,3 faiz, Abşeronda 13,6 faiz, Gəncə-Qazaxda 2 faiz təşkil edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti