...

Azərbaycanın internet provayderi Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

Telekommunikasiya Materials 10 Sentyabr 2009 13:35 (UTC +04:00)
Azərbaycanın internet provayderi Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir H.Vəliyev /

Smart Sysmets şirkəti ADSL texnologiyası ilə internet şəbəkəsinə qoşulma tariflərini azaldıb. Bu barədə Trend -a Smart Systems şirkətinin inzibati departamentinin direktoru Sübhan Qaragözov deyib.

Smart Systems-in yeni tariflərinə əsasən, bu gün ADSL girişinin 128 Kbit/s buraxılış gücü ilə aylıq abunə qiyməti 5 manat, 512 Kbit/s - 12 manat, 1024 Kbit/s - 20 manat və 2048 Kbit/s-nin qiyməti 48 manatdır.

Qaragözovun sözlərinə görə, Delta Telecom faktiki olaraq kanalın buraxılış gücünü üçqat artırıb, bu da Smart Systems-ə ADFSL xidmətlərinin qiymətlərini üçqat azaldaraq istifadəçilərə daha münasib tariflər təqdim etməyə imkan verib.

İnternet xidmətlərinin tariflərinin azaldılması ilk növbədə ilkin provayder Delta Telecom tərəfindən bu yaxınlarda internet xidmətlərinin provayderləri üçün qiymətlərin azaldılması ilə bağlıdır.

Qaragözovun sözlərinə görə, qiymətlərin azalmasında genişzolaqlı giriş bazarında artan rəqabət də az rol aynamayıb. Rəqabət mübarizəsinin seçilmiş startegiyasının nəticəsi tarif planlarının tədrici unifikasiyasıdır. Paytaxt bazarında internet şəbəkəsinə genişzolaqlı giriş təklif edən 30 iştirakçı var. ADSL texnologiyası internet şəbəkəsinə daha populyar giriş növüdür. Bu texnologiya sürətlə inkişaf edir və ənənəvi Dial up girişini sıxışdırmağa başlayır.

Smart Systems xidmətləri ilkin olaraq, şirkətin portfoliosuna Dial up ilə giriş daxil edilməməsi ilə əlaqədar olaraq, korporativ istifadəçilərə yönəldilib. Smart Systems şirkətinin ADSL xidməti bu yaxınlarda təqdim edilib və bu gün abonent bazası 200 istifadəçi təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti