...

Azərbaycan hökuməti mobil telefonların IMEI kodlarının qeydiyyatının hüquqi əsasını hazırlayır

Telekommunikasiya Materials 16 Sentyabr 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycan hökuməti mobil telefonların qeydiyyatının hüquqi bazası və prosedurunu hazırlayır. Bu barədə "Simbrella" şirkətinin baş direktoru Seymur Məmmədov Trend -a deyib.

Məmmədovun sözlərinə görə, sistemin istismara verilməsi layihə iştirakçıları ilə bütün sahələrdə razılaşma əldə edildikdən sonra mümkün olacaq.

Layihəyə mobil rabitə operatorları kimi dövlət idarələri də cəlb edilib. Ölkəyə gətirilən mobil telefonların yoxlanılması və qeydiyyatı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Layihənin tənzimləyicisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Məlumat bazası intensiv olaraq ölkəyə gətirilən mobil telefonların IMEI kodları hesabına tamamlanacaq.

Hazırda Heydər Əliyev adına Beynəlxalq hava limanında ölkəyə gətirilən mobil telefonların IMEI kodlarının könüllü surətdə qeydiyyatı aparılır.

Yeni sistem mobil telefonların ölkəyə qeyri-leqal şəkildə gətirilməsi və oğurluq halları ilə daha güclü mübarizə aparmağa imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti