...

Azərbaycanın internet bazarında tarif siyasəti bazar prinsipləri əsasında formalaşır - rabitə və informasiya texnologiyaları nazirinin müavini

Telekommunikasiya Materials 28 Aprel 2010 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın internet bazarında tarif siyasəti bazar prinsipləri əsasında formalaşır və servis-provayderlər öz tariflərini özləri tənzimləyirlər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirlyinin məlumatında rabitə və informasiya texnologiyaları naziri İltimas Məmmədova istinadən bildirilir.

Nazir müavininin sözlərinə görə, bu gün nazirliyin əsas məqsədi internet xidmətlərin qiymətlərinin azaldılmasına kömək etmək və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etməkdir. Nazirlik tərəfindən aparılan araşdırmaların nəticələri göstərir ki, internet üzrə bugünkü tariflər regional səviyyədədir, hətta bir qədər aşağıdır, xidmət spektri isə artır.

Ötən kollegiya iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov birinci rübün yekunları üzrə Azərbaycanda genişzolaqlı internetin inkişafına dair təkliflərin hazırlanması ilə bağlı göstəriş verib.

"Azərbaycanda internet xidmətlərinə dair qiymətlərin enməsi tendensiyası açıq-aydın müşahidə olunur və bu tendensiya istifadəçi sayının artmasına müsbət təsir göstərir. Həmçinin, hesab edirəm ki, məhz bu fakt bazarda istifadəçiyə şəbəkəyə qoşulma paketini seçmək, o cümlədən, simsiz texnologiyalardan faydalanmaq imkanı verən bir vəziyyətin formalaşmasına zəmin yaradıb", - Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, son illər Azərbaycanda internet istifadəçilərinin sayının fəal surətdə artması müşahidə olunur. Əhaliyə internetə çıxış üçün simli və simsiz texnologiyalardan istifadə etmək imkanları təqdim olunur. Eyni zamanda, genişzolaqlı qoşulma istifadəçilərinin də sayı artmaqdadır. Bu gün Wi-Max, Wi-Fi, 3G və CDMA texnologiyalarının fəal tətbiq olunduğunu və getdikcə daha çox populyarlıq qazandığını demək olar. Simsiz şəbəkələr kabel kommunikasiyalarının çəkilməsi çətinlik təşkil edən ərazilərdə, eləcə də internetə çıxış üçün mobillilik tələb olunan yerlərdə geniş istifadə edilir.

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil rabitə telekommunikasiya bazarının ən dinamik inkişaf edən sahəsidir. Azərbaycanda bu sahədə açıq rəqabət üçün hər bir şərait yaradılıb; bazarda bir neçə operatorun təmsil olunması isə müxtəlif xidmətlərin təqdim edilməsi və müasir texnologiyaların tətbiqi üçün əlverişli şərait yaradır. Ötən ilin sonundan ölkədə mövcud mobil rabitə xidmətlərinin sürət və keyfiyyət göstəricilərini artırmaq, eləcə də yeni həllər təqdim etmək imkanı verən 3G texnologiyasının tətbiqinə başlanılıb. Operatorlar üçün biznes-planlar çərçivəsində yeni mobil rabitə texnologiyaları tətbiq etməyə bütün lazımi qanunverici əsaslar yaradılıb", - Məmmədov bildirib.

Nazir müavininin sözlərinə görə, müəyyən olunmuş qanunverici proseduraya riayət etməklə operatorlar öz 3G şəbəkələrinin genişləndirilməsi üçün lazımi lisenziyaları əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti