...

Azərbaycan Mərkəzi Bankı biznes-proseslərin avtomatlaşdırılması sistemini tətbiq edir

Telekommunikasiya Materials 26 İyul 2010 16:38 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) EMC korporasiyasının proqram həllini tətbiq edir. Bu barədə "Sinam" şirkətinin məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankı biznes-proseslərin avtomatlaşdırılması sistemini tətbiq edir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) EMC korporasiyasının proqram həllini tətbiq edir. Bu barədə "Sinam" şirkətinin məlumatında deyilir.

Azərbaycanın İT şirkəti "Sinam" EMC həllin inteqratoru kimi çıxış edir və AMB-də korporasiyanın həllin proqram kompleksinin tətbiqi üzrə işlər həyata keçirir. Şirkət AMB-də EMC Documentum Webtop sistemini və EMC Documentum eRoom Enterprise platformasını tətbiq edir.

"Sinam" şirkətinin gələcək planlarına EMC Captiva InputAccel sisteminin tətbiqi də daxildir. Bu sistem məlumatların kağızda, elektron fayllarda və məlumat mənbələrində rəqəmlə göstərilməsini yerinə yetirməyə imkan verir.

Şirkət həmçinin bankda EMC Documentum Reporting Services hesabatlar generatorunu tətbqi edir. Bu, sifarişçilərə EMC Documentum-un məzmununu daha yaxşı anlamağa şərait yaradan hesabatların yaradılması imkanı verir. Reporting Services administratora mətnin ölçüsü, tipi və istifadə tezliyi barədə, biznes-istifadəçilərə isə sənəd dövriyyəsində sənədin vəziyyəti və ya onun həyat siklinin mərhələsi haqqında məlumat verir.

Məhsul müxtəlif qrafik və filtrli hesabatlar yaratmağa və onları veb-əlavələrdə yerləşdirməyə imkan verir.

Bu gün AMB növbəti nəsil üçün elektron poçtun arxivləşdirilməsi üçün EMC SourceOne Email Management for IBM Lotus Notes Domino həlldən də istifadə edir və bu sistem istismar xərclərinin azaldılmasını və yazıların, eləcə də sahəvi və dövlət normativlərinin qorunması siyasətinin yerinə yetririlməsini təmin edir.

Xəbər lenti

Xəbər lenti