...

"Azercell" əməkdaşlarının təşəbbüsü ilə forosərgi keçirilir

Telekommunikasiya Materials 4 Avqust 2010 11:22 (UTC +04:00)
"Azercell" əməkdaşlarının təşəbbüsü ilə "Bakıda yay" adı altında keçirilən fotosərgini qızmar yay günlərində fotosevərlər üçün əsl sürpriz kimi xarakterizə etmək olar.
"Azercell" əməkdaşlarının təşəbbüsü ilə forosərgi keçirilir

Azərbaycan, Bakı, 4 avqust /Trend/

"Bakıda yay" sərgisinin qalibləri mükafatlandırılıb.

"Azercell" əməkdaşlarının təşəbbüsü ilə "Bakıda yay" adı altında keçirilən fotosərgini qızmar yay günlərində fotosevərlər üçün əsl sürpriz kimi xarakterizə etmək olar.

"PH['O']TO CLUB"ın təşkilati dəstəyi ilə keçirilən sərgi təşkilatın "Facebook" sosial şəbəkəsindəki səhifəsində müsabiqə kimi start götürüb.

İyulun 16-dan 25-dək müsabiqə iştirakçılarından fotoşəkillərin qəbulu keçirilib. Daha sonra təşkilatın idarəetmə şurasının üzvləri tərəfindən işlərin bir hissəsi gələcəkdə sərgidə nümayiş etdirilmək üçün seçilib.

Açılşı ayulun 27-də keçirilən sərgidə 22 fotoqrafa məxsus 32 iş təqdim olunub. Sərgidə həvəskar fotoqraflarla yanaşı, Azərbaycanın məşhur fotoqrafları da iştirak ediblər. Birinci yeri Türkan Kəsəmənli, ikinci yeri İlqar Talıbov və üçüncü yeri Toğrul Məmmədov tutublar. Onların hamısı "PH['O']TO CLUB" studiyalarında fotosessiya aparmaq hüququ qazanıblar.

"PH['O']TO CLUB" 2008-ci ilin fevralında "Facebook" sosial şəbəkəsində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda fotoqrafiya sənətinin məşhurlaşması olan təşkilat fotosəyahətlər, fototreninqlər və c. təşkil edir.

"PARK Café"də "Bakıda yay" sərgisi sentyabrın 1-dək açıq olacaq.

Xəbər lenti

Xəbər lenti