...

"Alcatel-Lucent" şirkəti Azərbaycan üzrə menecerini təyin edib

Telekommunikasiya Materials 17 Avqust 2010 12:04 (UTC +04:00)
"Alcatel-Lucent" Azərbaycan üzrə menecer postuna Levent Özbilgini təyin edib, - şirkətin məlumatında deyilir.
"Alcatel-Lucent" şirkəti Azərbaycan üzrə menecerini təyin edib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir H.Vəliyev/

"Alcatel-Lucent" Azərbaycan üzrə menecer postuna Levent Özbilgini təyin edib, - şirkətin məlumatında deyilir.

Özbilgin İstanbul Texniki Universitetinin bakalavr və "Corc Vaşinqton" Universitetinin biznesin idarə edilməsi üzrə magistri dərəcəsinə malikdir.

Bundan əvvəl Özbilgin "Alcatel-Lucent" şirkətinin müştərilərlə iş üzrə direktoru olub. O, bu vəzifəyə "Vodafone Tukey" biznesin inkişafı üzrə məsul olduğu "Atos Origin" şirkətindən gəlib.

2004-cü ildən "Telenity" şirkətinin baş direktorunun müavini vəzifəsində çalışıb. Eləcə də SOTAS (Subex) şirkətində gəlirliliyin inkişafı və dələduzluğun qarşısının alınması üzrə məsul menecer vəzifəsini tutub.

"Alcatel" şirkətinin Azərbaycanda əsas tərəfdaşları və müştəriləri "Aztelekom""Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi, eləcə də "Delta Telecom" şirkətidir. "Alcatel-Lucent" sonuncu ilə fevral ayında "Zero Touch Photonics" və GMPLS texnologiyaları bazasında ölkə miqyasında optik nəqliyyat şəbəkələrinin modernləşdirilməsi və genişləndirilməsi barədə geniş çərçivə sazişi imzalayıb.

"Alcatel-Lucent" şirkəti operatorlara, korporativ sifarişçilərə və dövlət müəssisələrinə dünyanın bütün ölkələrində son istifadəçiyə səs, video və məlumatların ötürülməsi ilə bağlı xidmət göstərməyə imkan verən şəbəkə yaradır. Mobil və konbergent genişzolaqlı şəbəkələr, IP-texnologiyalar və xidmətlər bazarında lider kimi çıxış edən şirkət dünyanın 130-dan artıq ölkəsində çalışır və qlobal dəstək qrupuna, telekommunikasiya sahəsində ən iri elmi-tədqiqat və təcrübə-konstruktor sistemlərindən birinə malikdir.

Xəbər lenti

Xəbər lenti