...

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" ilə hər gün 34 milyon SMS göndərilir

Telekommunikasiya Materials 23 Sentyabr 2010 18:24 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" ilə hər gün 34 milyon qısa SMS göndərilir. Bu barədə cümə axşamı "Bakcell" şirkətinin direktoru İneke Botter deyib.
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" ilə hər gün 34 milyon SMS göndərilir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" ilə hər gün 34 milyon qısa SMS göndərilir. Bu barədə cümə axşamı "Bakcell" şirkətinin direktoru İneke Botter deyib.

Onun sözlərinə görə, SMS xidməti üzrə doqquz dəfə artım qeydə alınıb və orta hesabla bir saniyədə 400 SMS göndərilir.

Bu gün "Bakcell" şirkəti MMS xidmətini də (Multimedia Messaging Sevice) sınaq istismarına verib. Botterin sözlərinə görə, bu xidmət daxili korporativ səviyyədə fəaliyyət göstərir və uğurlu sınaqdan sonra, gözlənildiyi kimi, oktyabrın sonuna qədər ticari istismara da veriləcək.

Texniki imkanlara gəldikdə isə, "Bakcell"in rəhbəri deyib ki, bu gün artıq növbəti nəsil şəbəkəsi bazasında NGN (Next Generation Network) şəbəkə infrastrukturunun tamamlanması üzrə işlər başa çatdırılıb.

İlin sonuna qədər operator şəbəkəsində 3G texnologiyalarına keçid imkanlarına malik 380 yeni nəsil Node B baza stansiyalarının fəaliyyəti planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti