Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi regional telefon şəbəkələrinin nömrə tutumunu 57 076 nömrə artırıb. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.
İdarənin məlumatına görə, Gəncə, Kürdəmir, Göyçay və Salyanda fəaliyyət göstərən nömrə tutumlarının ümumi sayından 51 828 vahid NGN (Next Generation Network) texnologiyaları bazasında fəaliyyət göstərir. Elektron ATS-lərin yerdə qalan nömrə tutumları Oğuz, Qax, Masallı, İsmayıllı, Tovuz və Şəmkirdə fəaliyyət göstərir. Bütün adları sadalanan rayonlarda istismara verilən genişzolaqlı istifadə portlarının ümumi sayı 5 092 vahid təşkil edir.
Öz növbəsində, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi tərəfindən şəhər ATS-lərinin nömrə tutumları 3 306 vahid, operatorun şəbəkəsindəki genişzolaqlı ADSL portlarının sayı 1 288 vahid artırılıb.