Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir H.Vəliyev/
Bakıda "Intel Channel Day" tərəfdaşlıq konfransı keçiriləcək. Bu barədə Trend-ə şənbə günü "Ultra" şirkətindən məlumar verilib.
"Ultra" şirkəti 2001-ci ildən "Intel Premier Provider" statusuna malikdir.
Tədbir ildə iki dəfə (yazda və payızda) keçirilir. "Intel Channel Day"in müntəzəm konfransları tərəfdaş marketinq proqramlarının vacib elementidir.
"Intel Channel Day" konfransının vəzifəsi şirkət rəhbərlərinə, menecerlərə və texniki mütəxəssislərə biznesin inkişafı üçün vacib olan bazarın vəziyyəti, eləcə də "Intel"in ən yeni məhsulları və texnologiyalar buraxılışı planları haqqında məlumatları təqdim etməkdir.
Konfrans iştirakçılarına "Intel"in marketinq proqramları, onlarda baş vermiş dəyişikliklərlə tanışlıq, yeni imkanlar və iştirak şərtləri təklif olunacaq.
Tədbirin gedişində "Intel" şirkətinin və yüksək texnoloji məhsulların digər dünya iştehsalçılarının nümayəndələri yeniliklər və təşəbbüslər, eləcə də yaxın vaxtlarda məhsul buraxılışı planları haqqında danışaqlar.
"Intel Channel Day" çərçivəsində konfranslar qapalı keçirilir. Çünki tədbir çərçivəsində hələ buraxılmayan, yalnız nəzərdə tutulan yeniliklər, gələcək texnologiyalara həsr olunan məsələlər müzakirə olunacaq ki, bu da məxfi məlumatlardır.