...

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

Telekommunikasiya Materials 26 Yanvar 2011 13:55 (UTC +04:00)
"Elektron məktəb" (e-School) pilot layihəsinin Azərbaycanın daha 30 orta məktəbində fəaliyyəti genişləndirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyindən məlumat verilib.
"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir H.Vəliyev/

"Elektron məktəb" (e-School) pilot layihəsinin Azərbaycanın daha 30 orta məktəbində fəaliyyəti genişləndirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu günə pilot layihəsinə respublikanın 20 orta məktəbi qoşulub. Bütün məktəblər yüksəksürətli İnternet şəbəkəsi və təhsil informasiyalaşdırılması idarəsində yerləşən təhsil şəbəkəsinə qoşulub.

Xüsusi təlim keçən məktəb müəllimləri artıq elektron jurnal və elektron resurslarla idarəetmə proqramından istifadə etməyə başlayıblar.

Təhsil şəbəkəsinin qərarını məktəblilərin valideynləri də görə bilirlər və beləliklə təhsil portalı vasitəsilə (www.edu.az) uşaqlarının nailiyyətləri, nəticələri haqqında məlumat əldə edirlər. Bunun üçün məktəbin verdiyi istifadəçi adı və parolundan istifadə etmək lazımdır.

Azərbaycan təhsil sahəsində İKT-nin tətbiqi səviyyəsinə görə ön mövqelərdə dayanır. Təhsil sektorunda İKT-nin tətbiqi üzrə işlər 2008-2012-ci illərdə Azərbaycan Respublikası Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində aparılır.

Bu gün ümumilikdə elektron təhsil sistemi respublikanın min orta təhsil müəssisəsində tətbiq olunub. Bu sistem məktəblərin idarəsi, təhsil səviyyəsinin yüksəlməsi, valideynlərin məktəblərlə əlaqəsinin güclənməsi, eləcə də sahə üzrə müxtəlif statistik məlumatların vahid bazada toplanmasında əhəmiyyətli rol oynayır.

Xəbər lenti

Xəbər lenti