Azərbaycan, Bakı, 22 fevral /Trend/
Yanvar ayında Azərbaycanın İKT, informasiya və poçt sektoru üzrə ümumi gəlir 92,9 milyon manat təşkil edib. Bu göstərici 2010-cu ilin yanvarında 76,6 milyon manat olub. Bu barədə çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Respublikanın telekommunikasiya sektoru 15 faiz artaraq 77,3 milyon manata çatıb. Bunun 52,4 milyon manatı mobil rabitə sektorunun payına düşüb.
Yanvarda İT sektorunda xidmətlərin həcmi 2,5 dəfə artaraq 13,2 milyon manata çatıb.
Poçt rabitəsi sektorunda və informasiya sahəsində gəlir artımı müvafiq olaraq 12,5 faiz (1,7 milyon manat) və 80,6 faiz (0,7 milyon manat) təşkil edib.