...

Azərbaycanın İT şirkəti "HP Gold Preferred Partner"lə statusu uzadıb

Telekommunikasiya Materials 14 Mart 2011 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/

HP korporasiyası Azərbaycanın İT şirkəti AZEL-i növbəti dəfə "HP Gold Preferred Partner"in statusuna layiq görüb. Bu barədə Trend-ə bazar ertəsi AZEL şirkətindən bildirilib.

Alınan status şirkətə bundan sonra da öz sifarişçilərinə HP-nin avadanlıq və proqram təminatları bazasında həllərin layihələşdirilməsi və tətbiqi üzrə xidmətlərin göstərilməsi imkanını verir.

2011-ci ildə status HP-nin PSG - Personal Systems Group təsnifatında kompüter, noutbuk, monitor və qrafik stansiyalar standartlarına uyğunluq, sifarişçilərin həyata keçirilən layihələrdən və HP məhsulunun platformasında yüksək satış həcmlərindən razı qalmaları üzrə uzadılıb.

AZEL şirkəti 1996-cı ildən HP-nin Azərbaycanda həllərin layihələşdirilməsi sahəsində strateji tərəfdaşlarından biridir. HP GOLD Preferred Partner statusu göstərir ki, HP öz müştərilərinə AZEL-i istənilən mürəkkəblikdə İT layihələri, Hewlett-Packard-ın texnologiya və məhsularını həyata keçirə bilən müstəsna səlahiyyətli tərəfdaş kimi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti