...

Bakcell Klass və Gold abunəçiləri üçün rouminq qiymətlərinə endirimlər edib

Telekommunikasiya Materials 21 Aprel 2011 17:23 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru Bakcell Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Böyük Britaniya və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib.
Bakcell Klass və Gold abunəçiləri üçün rouminq qiymətlərinə endirimlər edib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru Bakcell Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Böyük Britaniya və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

İndi Bakcell-in Klass və Gold abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə öz ailə üzvləri, dostları və həmkarları ilə əlaqə saxlaya bilərlər.

2011-ci ilin mart ayından etibarən Bakcell Rusiya, Böyük Britaniya və Türkiyənin bəzi mobil rabitə şəbəkələri daxilində rouminq zənglərinin qiymətlərini 30-40%, GPRS-rouminq qiymətlərini isə 70%-ə qədər endirib. Son vaxtlarda smartfonların geniş yayılması GPRS-rouminq xidmətlərinin populyarlaşmasına səbəb olub. İşgüzar müştərilərə səyahətdə olarkən biznes məqsədləri ilə internetdən daha rahat istifadə imkanı yaratmaq üçün Bakcell GPRS-rouminq qiymətlərini də əhəmiyyətli dərəcədə aşağı salıb.

Klass və Gold abunəçiləri üçün yeni endirimli rouminq tarifləri aşağıdakı cədvəldə təqdim olunur:

Ölkə

Operator

Azərbaycana zənglər (AZN/dəq)

Yerli zənglər (AZN/dəq)

MDB ölkələrinə zənglər (AZN/dəq)

Daxil olan zənglər

(AZN/dəq)

SMS

(AZN)

İnternet (AZN, 1MB üçün)

Rusiya

Megafone

0,99

0,99

1,2

0,6

0,25

4

Rusiya

Beeline

0,99

0,99

1,2

0,6

0,25

4

Türkiyə

Avea

1,4

0,99

1,4

0,52

0,25

3

Türkiyə

Turkcell

1,5

1,5

1,5

0,52

0,25

3

BB

O2

2,5

2,5

2,5

0,62

0,25

4

BB

Vodafone

1,4

0,99

1,4

0,62

0,25

4

"Azərbaycanın iqtisadi inkişafı və biznes əlaqələrinin genişlənməsi sayəsində bizim işgüzar müştərilərimiz xarici ölkələrə tez-tez səfərlər edirlər. Biz müştərilərimizin ən çox səfər etdikləri ölkələri müəyyən etmək üçün daim bazar araşdırmaları aparırıq. İlk olaraq biz Rusiya, Böyük Britaniya və Türkiyə üçün rouminq qiymətlərini ucuzlaşdırdıq və gələcəkdə digər istiqamətlər üzrə də tarifləri endirmək niyyətindəyik", - Bakcell-in kommersiya direktoru Krasimir Genov deyib.

Hazırda Bakcell-in müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrika ölkələrində rouminq xidmətlərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin 155 ölkənin mobil operatorları ilə rouminq müqaviləsi var. Bakcell-in GPRS-rouminq xidmətləri 60 ölkədə 90 şəbəkəni əhatə edir.

Xəbər lenti

Xəbər lenti