...

Bakcell bazarın mobil bankçılıq xidmətinə olan tələbatı ilə bağlı araşdırma aparır

Telekommunikasiya Materials 11 May 2011 16:52 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC bazarın mobil bankçılıq xidmətinə olan tələbatı ilə bağlı araşdırma aparır.
Bakcell bazarın mobil bankçılıq xidmətinə olan tələbatı ilə bağlı araşdırma aparır

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC bazarın mobil bankçılıq xidmətinə olan tələbatı ilə bağlı araşdırma aparır. Bu barədə çərşənbə günü Trend-ə şirkətin baş icraçı direktoru Riçard Şirer deyib.

Onun sözlərinə görə, əldə edilən nəticələrə əsasən, şirkət xidməti özünün inkişaf strategiyasına daxil edəcək.

"Biz bu gün bir sıra banklarla mobil bankçılıq xidmətinin tətbiqi üzrə əməkdaşlıq edirik və gələcəkdə onu genişləndirmək niyyətindəyik", - Şirer bildirib.

Mobil bankçılıq xidməti sutka ərzində onlayn rejimdə hesabın balansını yoxlamağa, hesab üzrə əməliyyatların hesabatlarını formalaşdırmağa, elektrik enerjisi, mobil və stasionar rabitəyə, internet xidmətlərinə görə ödənişləri etməyə, pul vəsaitlərini kartdan karta köçürməyə, elekton aviabiletin ödənişini etməyə və hər aparılan əməliyyat üçün (hesabdan vəsaitin çıxarılması və ya daxil olması) SMS-bildiriş almağa imkan verir.

Hazırda mobil bankçılıq xidmətini Azərbaycan Beynəlxalq Bankı, Respublika Bankı, AGBank, AtaBank, Bank of Azerbaijan, Bank Standard, Nikoil Bank, ParaBank və Xalq Bank göstərirlər.

Xəbər lenti

Xəbər lenti