Azərbaycan, Bakı, 17 may /Trend/
Mayın 18-dən etibarən 777 "Nar Mobile" müştəri xidmətləri ilə danışıqlar hər zəngə görə beş qəpik tarifi ilə hesablanacaq. Bu tarif öncədən ödəyən müştərilərə aid edilir. Fakturalı abunəçilər isə müştəri xidmətləri ilə danışıqların ilk 5 dəqiqəsini pulsuz, növbəti dəqiqədən sonra isə zəng üçün 5 qəpik ödəyəcəklər.
Məlumat üçün bildirilir ki, "Nar Mobile" abunəçiləri sual və sorğularını yalnız müştəri xidmətlərinə zəng etməklə deyil, həmçinin pulsuz xidmət olan pulsuz İnteraktiv Səsli Bələdçi (İVR), qısa kod sorğuları (USSD) və www.narmobile.az saytı vasitəsilə də cavablandıra və ya xidmətlərdə dəyişikliklər edə bilərlər.