...

"5 Qəpik" tarifinin istifadəçiləri üçün daha bir yenilik - Sevimli Nar Nömrəsi xidməti

Telekommunikasiya Materials 10 İyun 2011 19:42 (UTC +04:00)
İndi Nar abunəçiləri ən sevimli Nar nömrəsini seçərək onunla hər zəng zamanı 1 saatadək cəmi 5 qəpiyə danışa bilərlər.
"5 Qəpik" tarifinin istifadəçiləri üçün daha bir yenilik - Sevimli Nar Nömrəsi xidməti

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Cümə günü Nar Mobile daha bir sərfəli xidmətini abunəçilərinə təqdim edib.

İndi Nar abunəçiləri ən sevimli Nar nömrəsini seçərək onunla hər zəng zamanı 1 saatadək cəmi 5 qəpiyə danışa bilərlər.

Abunəçilər xidməti aşağıdakı üsullardan biri ilə aktivləşdirə bilərlər:

- Mobil telefonun ekranında *777#31# nömrə#YES şifrəsini yığaraq;

+ 070 Sevimli etmək istədiyiniz nömrəni yazaraq, 777 nömrəsinə SMS göndərərək.

Qeyd edək ki, Sevimli Nar Nömrəsi xidməti çərçivəsində edilən zəngin maksimal davamiyyəti 1 saatdır. Birinci saniyə pulsuz, ikinci saniyədən 1 saatadək hər zəngin qiyməti 5 qəpikdir. Bu xidmətdən yalnız "5 Qəpik" tarifinin abunəçiləri istifadə edə bilərlər. Sevimli nömrənin əlavə edilməsi və dəyişdirilməsinin qiyməti 1 manatdır.

Sevimli Nar Nömrəsi xidməti haqqında ətraflı məlumat üçün mobil telefondan *777#35#YES yığmaq, "? " yazaraq 777 nömrəsinə SMS göndərmək və ya www.NarMobile.az saytına daxil olmaq kifayətdir.

Xəbər lenti

Xəbər lenti