...

Bakcell Azercell-lə operatorlararası qoşulma tariflərinin azaldılmasına tərəfdardır

Telekommunikasiya Materials 11 İyul 2011 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC "Azercell Telekom" şirkəti ilə operatorlararası qoşulma tariflərinin azaldılmasına tərəfdardır. Bu barədə Trend-ə Bakcell şirkətindən bildiriblər.

Söhbət mobil rabitə operatorları arasındakı və dövlət tərəfindən müəyyən olunan 0,02 manat məbləğində interkonnektin qiymətindən gedir. Birləşmə üzrə dərəcəni bir operatorun digərinə abonentin öz şəbəkəsi xaricində bir dəqiqəlik danışığa görə ödədiyi məbləğ təyin edir.

Bakcell bu məsələni həll etmək məqsədilə hələ may ayında Azercell şirkətini məhkəməyə verib. Bu halda, şirkətdən deyildiyi kimi, söhbət Azercell-in şəbəkələrarası qoşulmaların dəyərini artırmasından getmir.

"Biz bu şirkətlə əldə olunan razılaşmaya görə, ona şəbəkələrarası qoşulmalara görə onların bizə ödədikləri qədər pul ödəyirik. Lakin məsələ olndadır ki, Bakcell-lə Azercell arasındakı, yeri gəlmişkən, dövlətin təyin etdiyi rəsmi qiymətdən uzaq olan interkonnektin dəyəri bazarın reallıqlarına uyğun gəlmir. Məhz ona görə də biz onun azaldılmasına tərəfdarıq. Əks tərəf isə bununla razılaşmayaraq bəyan edir ki, onları hazırkı tariflər qane edir", - Bakcell-dən bildiriblər.

Azercell Telekom-un mətbuat xidmətindən bildiriblər ki, şirkət öz mövqeyində təkid edəcək, bununla əlaqədar məhkəmənin qərarını gözləyəcək.

"Bu məhkəmə araşdırması ilə bağlı təəssüf ki, biz öz mövqeyimizi şərh edə bilmərik, lakin ümid edirik ki, məhkəmə iki tərəfin mövqeyinin nə dərəcədə əsaslandırıldığını müəyyən edəcək", - Azercell-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti