...

İlin sonunadək Azərbaycanın İT şirkəti Qırğızıstanın vergi sisteminin informasiyalaşdırılmasını yekunlaşdıracaq

Telekommunikasiya Materials 15 İyul 2011 15:21 (UTC +04:00)
Azərbaycanın İT şirkəti SİNAM 2011-ci ilin sonunadək Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və quraşdırılmasını yekunlaşdıracaq.
İlin sonunadək Azərbaycanın İT şirkəti Qırğızıstanın vergi sisteminin informasiyalaşdırılmasını yekunlaşdıracaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti SİNAM 2011-ci ilin sonunadək Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və quraşdırılmasını yekunlaşdıracaq. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində həyata keçiriləcək.

Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər biri bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılıb. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılıb.

Ən yaxın zamanda hazır modulların üç seçilmiş inzibati rayonda pilot tətbiqi gözlənilir. Gələcəkdə Azərbaycanın İT-mütəxəssisləri Qırğızıstanın Dövlət Vergi Xidmətinin icra qrupunu hazırlaşdıracaqlar. Həmin qrup işçi modulların ölkənin digər inzibati rayonlarında tətbiq edilməsi ilə müstəqil şəkildə məşğul olacaq.

İşlənib hazırlanan proqram təminatının tərkibinə vergiödəyicilərin qeydiyyatı, gəlirlərin uçotu, bəyannamələrin işlənməsi, audit, borcların məcburi tutulması, apelyasiya, üçüncü tərəfin məlumatları modulları və güclü korporativ sayt daxildir. Proqram təminatı DVX-nin mərkəzi aparıtını, iri vergiödəyicilərlə iş üzrə idarəni və 55 rayon müfəttişliyini vahid informasiya sistemi çərçivəsində birləşdirməyə imkan verəcək və idarəetmə məlumatları, vergiödəyicilər tərəfindən bəyannamələrin elektron şəkildə verilməsi üzrə avtomatlaşdırılmış hesabatların hazırlanması üçün imkan yaradacaq. Bundan əlavə, hökumətin digər maliyyə qurumları ilə məlumat mübadiləsi və verilənlər bazasının sinxronlaşdırılması da təmin olunacaq. Vergiödəyicilərlə işi daha da yaxşılaşdırmaq məqsədilə "call-centre" sistemi tətbiq olunacaq.

Proqram həllərinin tətbiqi Qırğızstanın vergi qurumlarına vergi yığımı prosesinin daha effektiv şəkildə idarə edilməsinə imkan verəcək və dövlət büdcəsinə vergi yığımının səviyyəsini artıracaq.

Xəbər lenti

Xəbər lenti