...

Azercell-də Yay Endirimi davam edir

Telekommunikasiya Materials 3 Avqust 2011 18:17 (UTC +04:00)
Azercellilər sentyabra qədər bütün Azərbaycanla 1 dəqiqəsi 3 qəpiyə danışacaq. Azercell Telekomun Fakturasız xətt abonentləri üçün elan etdiyi "YAY KAMPANİYASI"nın vaxtı uzadıldı.
Azercell-də Yay Endirimi davam edir

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azercellilər sentyabra qədər bütün Azərbaycanla 1 dəqiqəsi 3 qəpiyə danışacaq. Azercell Telekomun Fakturasız xətt abonentləri üçün elan etdiyi "YAY KAMPANİYASI"nın vaxtı uzadıldı.

"YAY KAMPANİYASI" çərçivəsində abonentlər ölkə daxili zənglərdə 1 dəqiqə üçün cəmi 3 qəpik ödəyirlər. Azərbaycan daxilində istənilən istiqamətdə SMS-lər də çox simvolik qiymətə - cəmi 1 qəpiyədir. Bununla yanaşı, GəncSim tarif paketinin abonentləri 3-cü dəqiqədən sonra 40 dəqiqəyədək pulsuz danışmağa davam edirlər.

Kampaniyanın şərtləri də dəyişməz olaraq qalır. Belə ki, "YAY KAMPANİYASI" iştirakçısı olmaq üçün sadəcə 10 manatlıq və ya daha çox nominalda kart yükləmək lazımdır. Yüklənilən danışıq kartı abonent tərəfindən bol-bol istifadə edilə bilər. Gözlənilməyən heç bir xərc yoxdur. Kampaniya daxili güzəştlərdən 30 gün müddətində istifadə etmək mümkündür. Qeyd edək ki, kampaniya çərçivəsində hesablaşma intervalı dəyışməz olaraq 10 saniyə təşkil edir.

"YAY KAMPANİYASI" çərçivəsində SimSim abonentləri üçün sentyabrın 4-ə qədər ölkədaxili zənglərdə inanılmaz qiymətlərlə danışmaq və yazışmaq fürsətı yaranacaq.

"Azercell Telekom" MMC 1 may, 2011-ci il tarixindən abonentlərinə mövcud paketləri üzrə endirimlər təqdim edib. Belə ki, abonentlərimiz şəbəkədaxili zənglərdə 30%, şəbəkəxarici zənglərdə isə 60% endirimlər əldə ediblər.

Azercell Telekom abonentlərinin daha rahat və sərfəli danışması üçün müxtəlif kampaniyalar və endirimlər siyasətini davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti