...

Azercell 3 yeni Ekspres ofisi açdı (FOTO)

Telekommunikasiya Materials 26 Sentyabr 2011 17:05 (UTC +04:00)
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün Azercell Ekspres ofislərinin sayını artırmaqda davam edir.
Azercell 3 yeni Ekspres ofisi açdı (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün Azercell Ekspres ofislərinin sayını artırmaqda davam edir. Şirkət bu günlərdə 3 yeni Azercell Ekspres ofisini abonentlərin istifadəsinə verib.

Azercell-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ekspres ofisləri Hövsan və Maştağa qəsəbəsində, eyni zamanda, Həzi Aslanov metrostansiyasının yaxınlığında açılıb. Yaxın günlərdə şirkət Siyəzən şəhərində də yeni Ekspres ofisini abonentlərin istifadəsinə verməyi planlaşdırır.

Fəaliyyətə başlayan Azercell Ekspres ofislərinin işinin əsasını "bir nöqtədə üç xidmət" ("one stop shopping") konsepsiyası təşkil edir. Bu konsepsiyaya əsasən, abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkətdir. Azercell-in Bakıda 16, rayonlarda isə 21 Ekspres ofisi fəaliyyət göstərir.

Şirkət bundan sonra da Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti