Azərbaycan, Bakı, 11 noyabr/Trend/
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti dəyərli müştərilərinə xoş sürprizlər təqdim etməyə davam edir.
"Bakcell" artıq bir neçə dəfədir ki, abunəçilərinə qiymətli hədiyyələr qazanmaq şansı verən maraqlı kampaniyalar, lotereyalar və SMS viktorinalar keçirir.
Bir neçə ay bundan əvvəl - cari ilin aprel ayında "Bakcell" abunəçilərindən biri "70 gün ərzində "Porsche Cayenne" qazan" SMS viktorinasında qalib gələrək "Porsche Cayenne" avtomobilinə sahib olub. Müştərilərin çoxsaylı istəyini nəzərə alaraq, "Bakcell" şirkəti böyük məmnuniyyətlə abunəçilərinə arzuladıqları "Porsche" avtomobilini qazanmaq imkanını yaradan yeni "3 "Porsche"dən birini seç" SMS viktorinasını elan edir.
Bu dəfə şanslı iştirakçının dinamik "Porsche Cayenne", idman avtomobili "Porsche Cayman" və ya "Porsche Panamera" arasından öz hədiyyəsini seçmək imkanı var. SMS viktorinası 77 gün müddətində - noyabrın 10-dan yanvarın 25-dək davam edəcək. Bu viktorina bütün abunəçilərə hədiyyələr qazanmaq üçün geniş imkanlar yaradır. Qaliblər viktorinanın müddəti ərzində gündəlik, həftəlik və sonda püşkatma yolu ilə müəyyən ediləcəklər. Seçim prosesinin ən şəffaf şəkildə keçməsini təmin etmək üçün elektron püşkatma Azərbaycan Respublikası Qiymətli Kağızlar Komitəsi tərəfindən təsdiq edilmiş Tiraj Komissiyasının nəzarəti altında keçiriləcək. Tiraj Komissiyasının heyətinə kənardan cəlb edilmiş mütəxəssis daxil olacaq.
Bütün "Bakcell" abunəçiləri bu inanılmaz fürsətdən yararlana və qiymətli hədiyyələr qazana bilərlər. Viktorinaya qoşulmaq istəyənlər SMS vasitəsilə 333 qısa nömrəsinə "START" sözünü göndərib, 333-dən göndərilən qısa suallara fəal şəkildə cavab verməlidirlər. Bütün SMS sualların 2 cavab variantı var və bir sualın yalnız bir cavab variantı doğrudur. İştirakçılar öz cavab variantını seçib "1" və ya "2" yazaraq SMS sualına cavab verməlidirlər. Hər düzgün cavaba görə iştirakçıya 10 xal verilir. Nəzərə alın ki, səhv cavablara görə xal çıxılmır. Bu isə o deməkdir ki, səhv cavab göndərənlər heç də uduzmayacaqlar və göndərilən SMS-lərin sayı belə onlara hədiyyə qazandıra bilər. 333 nömrəsinə göndərilən bir SMS-in qiyməti 0.69 AZN (ƏDV daxil) təşkil edir.
333 nömrəsinə ən çox SMS göndərən iştirakçılar gündəlik və həftəlik hədiyyələrə sahib olacaqlar. 77 gün ərzində, bazar günləri istisna olmaqla hər gün bir bəxtəvər iştirakçı gün ərzində göndərilmiş hər SMS mesajına görə 100 manat qazanacaq. Hər iştirakçı gündə 100-ə qədər SMS göndərib elektron püşkatma nəticəsində 10,000 manat məbləğində uduşa sahib ola bilər. Məsələn, əgər abunəçi gün ərzində 10 SMS göndərib elektron püşkatmanın qalibi olarsa, həmin iştirakçı 1000 manat qazanacaq.
Bazar günləri pul mükafatları ikiqat çoxalacaq. Belə ki, hər iştirakçı 100-ə qədər SMS göndərib hər SMS mesajına görə 200 manat qazana bilər. Bu isə o deməkdir ki, həmin abunəçi elektron püşkatma nəticəsində 20,000 manat qazana bilər.
Viktorina ərzində ən çox xal toplayan oyunçu əsas mükafata - "Porsche" avtomobilinə sahibi olacaq.
Unutmayın ki, son tirajda SMS-lərin sayı deyil, SMS suallara verilmiş düzgün cavablara görə verilən xallar nəzərə alınacaq.
Son tirajın xoşbəxt qalibi əsas mükafatı - təklif olunan üç avtomobil - "Porsche Cayenne", "Porsche Cayman" və ya "Porsche Panamera" arasından seçmək imkanı əldə edəcək.
Bu gözəl fürsəti qaçırmayın! "Bakcell"in həyəcanla dolu SMS viktorinasına qoşulun. Qoy SMS-ləriniz Sizə arzuladığınız "Porsche" avtomobilini qazandırsın!
SMS viktorinası barədə daha ətraflı məlumat əldə etmək üçün, lütfən http://www.333.bakcell.com/AZ/index_Aze.html səhifəsinə daxil olun.
"Bakcell"in digər məhsul və xidmətləri haqqında məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.