...

Azərbaycanın poçt operatoru elektron bazarlığın çatdırılması xidmətinin göstərilməsinə başlayıb

Telekommunikasiya Materials 1 Dekabr 2011 16:50 (UTC +04:00)
"Azərpoçt" MMC-nin "Azərekspresspoçt" poçt ekspress xidməti "door-to-door" (qapıdan qapıya) prinsipi üzrə internet-bazarlığın çatdırılması üzrə vasitəçilik xidmətinin göstərilməsinə başlayıb.
Azərbaycanın poçt operatoru elektron bazarlığın çatdırılması xidmətinin göstərilməsinə başlayıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" poçt ekspress xidməti "door-to-door" (qapıdan qapıya) prinsipi üzrə internet-bazarlığın çatdırılması üzrə vasitəçilik xidmətinin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərpoçt"un məlumatında deyilir.

Bazarlığın çatdırılması xidməti internet resurslarından alınan malların çatdırılmasını həyata keçirən "Azərekspresspoçt" EMS sistemi vasitəsilə göstərilir.

EMS xidməti 1990-cı ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən yaradılıb. 1998-ci ildə ÜPİ çərçivəsində poçt administrasiyaları arasında EMS xidmətini əlaqələndirmək və xidmətin dünya bazarında irəliləməsi üçün EMS kooperativi yaradılıb.

EMS xidməti dünyanın 190-dan artıq ölkəsində göstərilir.

Xəbər lenti

Xəbər lenti