...

Azərbaycanın Rabitə Nazirliyi daha iki rayonda rəqəmsal TV-ni işə salıb

Telekommunikasiya Materials 29 Dekabr 2011 17:01 (UTC +04:00)
"Teleradio" İstehsalat Birliyi Azərbaycanın Daşkəsən və Gədəbəy rayonlarında rəqəmsal televiziyanı işə salıb.
Azərbaycanın Rabitə Nazirliyi daha iki rayonda rəqəmsal TV-ni işə salıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Azərbaycanın Daşkəsən və Gədəbəy rayonlarında rəqəmsal televiziyanı işə salıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Bu, adıçəkilən rayonların ərazisində yerləşən televiziya stansiyalarında quraşdırılan yeni rəqəmsal avadanlığın istismara verilməsindən sonra mümkün olub.

Nazirliyin məlumatına əsasən, Gərgər kəndində yerləşən telestansiya ilə yayımlanan rəqəmsal siqnal yaxın əraziləri əhatə etməklə Ermənistanla təmas xəttində yerləşən ərazilərə də çatır.

Hazırda rəqəmsal televiziya siqnalı ilə respublikanın 85 faizdən çox ərazisi əhatə olunub. 2012-ci ilin sonuna qədər ölkənin ucqar ərazilərinin və yaşayış məntəqələrinin rəqəmsal siqnalla tam əhatə olunması gözlənilir.

Azərbaycanda analoq yayım ölkə tam rəqəmsal televiziyaya keçdikdən sonra dayandırılacaq. Nazirliyin işçi planına əsasən, rəqəmsal televiziyaya tam keçid 2013-cü ildə gözlənilir.

Rəqəmli kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti