...

Azərbaycanda pasiyentlər üçün SMS-xəbərdarlıq sistemi tətbiq ediləcək

Telekommunikasiya Materials 6 Aprel 2012 12:10 (UTC +04:00)
Türkiyənin "Timwe" şirkəti Azərbaycanda mobil səhiyyə həllinin tətbiqini planlaşdırır.
Azərbaycanda pasiyentlər üçün SMS-xəbərdarlıq sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir H.Vəliyev /

Türkiyənin "Timwe" şirkəti Azərbaycanda mobil səhiyyə həllinin tətbiqini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü Mobiz.az layihəsinin rəhbəri Məmməd Kərimov məlumat verib.

Kərimovun sözlərinə görə, layihənin reallaşdırılması üzrə danışıqlar Səhiyyə Nazirliyi və bir sıra özəl tibb müəssisələri ilə aparılıb. Layihə operator şəbəkələrində məlumat göndərişləri sisteminin tətbiqini nəzərdə tutur.

"Söhbət pasiyentin onun sağlamlıq vəziyyəti haqqında məlumatlandırılmasıdır. Məlumat SMS şəklində virtual həkimin nəzarəti altında olan pasiyentin mobil telefonuna daxil olur", - o deyib.

Kərimovun sözlərinə görə, şirkətin həlli bu gün dünyanın təxminən 50 ölkəsində tətbiq edilir və istifadə olunur. Xidməti Türkiyənin Turkcell operatoru uğurla tətbiq edir.

"İstifadəçilərə xidmətə pulsuz qoşulmağa imkan verən klinikalar mövcuddur. Ümumilikdə, abunənin aylıq dəyəri simvolik olacaq və təxminən 0,30 manata başa gələcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti