...

.az domen zonasında Azərbaycan saytlarının sayı 6 faiz artıb

Telekommunikasiya Materials 9 Aprel 2012 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

.az milli domen zonasında 13 890 internet-resurs qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi WHOIS məlumat yayıb.

Birinci rübün yekunları üzrə .az milli domen zonasında qeydə alınan internet-resursların sayının artımı 6 faiz təşkil edib.

Qeydə alınan saytların ümumi sayından 12 828 ədəd domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 615 sayt qeydə alınıb.

Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 136 internet saytı qeydə alınıb.

Satistikaya əsasən, dünyada aktiv domen adların ümumi sayı (aprelin 9-na olan vəziyyətə görə) 139,5 milyon ədəd təşkil edir.

Daha sıx zona .com hesab edilir. Orada indi 102,4 milyon internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 14,7 milyon aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada 9,9 milyon ad var.

.az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Xəbər lenti

Xəbər lenti