...

"AtaTexnologiya" MMC-nin dəstəyi ilə uşaq şeir müsabiqəsi keçirilib (FOTO)

Telekommunikasiya Materials 25 Aprel 2012 16:03 (UTC +04:00)
"AtaTexnologiya" MMC və "Excelsior Hotel Baku" hotelinin dəstəyi ilə müxtəlif uşaq evlərinin uşaqları arasında "Excelsior Hotel Baku" hotelində "Azərbaycan vətənimdir" mövzusunda şeir müsabiqəsi keçirilib.
"AtaTexnologiya" MMC-nin dəstəyi ilə uşaq şeir müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

"AtaTexnologiya" MMC və "Excelsior Hotel Baku" hotelinin dəstəyi ilə müxtəlif uşaq evlərinin uşaqları arasında "Excelsior Hotel Baku" hotelində "Azərbaycan vətənimdir" mövzusunda şeir müsabiqəsi keçirilib.

MMC-dən Trend-ə verilən məlumata görə, 55 uşağın iştirak etdiyi müsabiqədə münsiflər heyətində "AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov, "Excelsior Hotel Baku"nun baş meneceri Nataliya Solovyova, "AtaHoldinq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilara Zamanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ədalət Əsgəroğlu və Ümüd.az forumunun rəhbəri İrina Əyyubova iştirak ediblər.

Tədbirdə "AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov çıxış edərək uşaqlara prioritet sahələrdən biri olan İT-nin vacibliyindən və ölkəmizdə tətbiq olunacaq elektron hökümət layihəsindən bəhs edib.

"Müasir dünyamızda texnologiya və elektron ünsiyyət vasitələri həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu gün bağçalarda, məktəblərdə, ictimai nəqliyyatda informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilir. Artıq hər bir kəsin uşaqlıq illərindən kompüter və internetdən istifadə bacarıqlarına yiyələnməsi günün tələbidir. Bunu nəzərə alaraq qərara gəldik ki, uşaqlara kompüterin faydaları barədə məlumat verək, texnologiyanın insanlara necə kömək etdiyini, işləri asanlaşdırdığını onların diqqətinə çatdıraq. Həmçinin, məqsədimiz gələcəkdə informasiya texnologiyalarından istifadənin daha da artacağını, "Elektron hökumət" layihəsinin istifadəyə veriləcəyini, texnologiyalardan istifadəni mənimsəmiş kadrlara ehtiyacın çoxalacağını uşaqların dilində onlara izah etmək idi", - "AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov tədbiri şərh edərək bildirib.

"Excelsior Hotel Baku" hotelinin baş meneceri Natalya Solovyova bildirib ki, "Excelsior Hotel Baku" il ərzində Korporativ Sosial Məsuliyyət sahəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqlar üçün bir neçə tədbir keçirməyi planlaşdırır. "Excelsior Hotel Baku" mehmanxanası il ərzində kimsəsiz uşaqlara daha çox maddi və mənəvi dəstək verəcək. Bizim KSM layihələrimiz uşaqların savadlarının artırılmasına və fərdi inkişaflarına xidmət edir", - o deyib.

"AtaHoldinq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilara Zamanova holdinq tərəfindən KSM sahəsində müxtəlif tədbirlər həyata keçirildiyini, bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanıldığını bildirib. "Bu tədbiri keçirməkdə məqsədimiz İT sahəsi və ölkəmizdə gündəmdə olan elektron hökümət layihəsi haqqında uşaqları maarifləndirmək, onlarda bu sahəyə, eyni zamanda, poeziyaya maraq yaratmaqdır", - Zamanova əlavə edib.

Müsabiqədə uşaqlar Vətənə aid gözəl şeirlər deyiblər. Ən yaxşı şeir ifaçılarına "AtaTexnologiya" MMC tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "AtaHoldinq" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında fəaliyyətə başlayıb. Biznes idarəetmə proqram təminatını təklif edən qabaqcıl beynəlxalq şirkətlərlə əməkdaşlıq edən və yerli bazarda həmin məhsulları rəsmi olaraq təklif edən "Atatexnologiya" MMC-nin əsas məqsədlərindən biri bazarda çeşidli İT həllərini təqdim etməkdir. Şirkətin məhsulları müştərilərin biznes proseslərinin daha sürətli və effektiv işləməsini təmin etmək məqsədini daşıyır.

Xəbər lenti

Xəbər lenti