...

"Nar Mobile" şəbəkəsindəki problemləri aradan qaldırıb

Telekommunikasiya Materials 19 May 2012 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Mayın 18-də Nar Mobile-ın şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəzanın nəticələrini aradan qaldırılması məqsədilə şirkətin işçi heyəti bütün gecə hadisə yerində çalışıblar.

Şirkətdən şənbə günü Trend-ə verilən məlumata görə, bunun nəticəsi olaraq, mayın 18-də saat 23:00 radələrində qəzanın nəticələri tam olaraq aradan qaldırılıb və dayanıqlı mobil rabitə təmin olunub.

Baş vermiş texniki qəza nəticəsində üzləşdikləri narahatlığa görə "Nar Mobile" abünəçilərindən üzr istəyir və nümayiş etdirdikləri anlayışa görə onlara öz dərin minnətdarlığını bildirir.

Xəbər lenti

Xəbər lenti