...

“Nar Mobile” "Mobil İngilis dili" layihəsini təqdim edir

Telekommunikasiya Materials 24 May 2012 10:54 (UTC +04:00)
"Nar Mobile" abunəçilərini, British Council ilə birgə həyata keçirdiyi yeni "Mobil İngilis dili" layihəsi ilə sevindirir.
“Nar Mobile” "Mobil İngilis dili" layihəsini təqdim edir

Azərbaycan, Bakı, 24 may / Trend /

"Nar Mobile" abunəçilərini, British Council ilə birgə həyata keçirdiyi yeni "Mobil İngilis dili" layihəsi ilə sevindirir.

"Mobil İngilis dili" ingilis dilinin öyrənilməsini daha əyləncəli və asan edən bir layihədir. Layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanını yaradır. Bu xidmətə qoşulmaqla, istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda, cümlədə onların istifadə formasını alacaqlar. Səviyyənin sonunda əldə etdikləri nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcəklər.

"Nar Mobile hər zaman təhsilin təşviqinə xüsusi önəm vermişdir. Bu layihə ilə şirkətimiz öz abunəçilərinə ingilis dilinin öyrənilməsində unikal imkan yaradır. Yeni layihəmiz vasitəsilə siz birbaşa mobil telefondan istifadə edərək ingilis dilini öyrənəcəksiniz .Layihənin məqsədi ingilisdilinin öyrənilməsində istifadəçilərə kömək etməkdir", - deyə Azerfon telekommunikasiya şirkətinin baş direktoruYurgen Pitz bildirib.

Layihəyə qoşulmaq üçün İngilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün "E1", orta səviyyə üçün "M1" və ya çətin səviyyə üçün "H1" yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin haqqı ƏDV daxil 90 qəpikdir.

Mobil ingilis dili layihəsində istifadə olunan materiallar Çin, Qazaxıstan, Tailand, Sudan, Şri-Lanka, İndoneziya və bir sıra digər ölkələrdə müxtəlif mobil layihələrdə istifadə edililmiş materialların toplusudur. Bu proqram SMS vasitəsi ilə göndərilə bilən materialları, smartfonları və bir çox interneti dəstəkləyən telefonlar üçün proqramları simsiz ötürmə və digər texnologiyaları özündə cəmləşdirir.

Xəbər lenti

Xəbər lenti