...

Portuqaliya Azərbaycanın İT şirkətlərinə Avropa və Afrika bazarlarına çıxmağı təklif edir

Telekommunikasiya Materials 28 İyun 2012 17:20 (UTC +04:00)
Portuqaliya Azərbaycanın İT şirkətlərinə Avropa və Afrika bazarlarına çıxmaq üçün lazımi şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.
Portuqaliya Azərbaycanın İT şirkətlərinə Avropa və Afrika bazarlarına çıxmağı təklif edir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/

Portuqaliya Azərbaycanın İT şirkətlərinə Avropa və Afrika bazarlarına çıxmaq üçün lazımi şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.

Bu sahədə əməkdaşlıq məsələləri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Portuqaliyanın xarici işlər naziri Paulo Portaş arasında müzakirə olunub.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayan İKT sektorunun potensialı və vacibliyi xüsusi qeyd olunub.

Portuqaliyalı nazirin sozlərinə görə, İKT sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin inkişafına yardım edəcək.

"Məhsuldar əməkdaşlıq sayəsində Azərbaycanın İT şirkətləri qarşısında Avropa, Afrika və Braziliya bazarlarına çıxış əldə etmək imkanı açılır. Portuqaliya isə Azərbaycan vasitəsilə MDB və Yaxın Şərq ölkələrinin bazarlarına çıxmağa ümid edir", - Portaş deyib.

Öz növbəsində, Abbasov bildirib ki, Azərbaycan şirkətləri xarici bazarlara çıxış və investisiyalar üçün kompleks tədbirlər görürlər və bu planda Portuqaliya bazarı da istisna deyil.

Xəbər lenti

Xəbər lenti