...

Azercell növbəti əmək yarmarkasında iştirak etdi

Telekommunikasiya Materials 24 Oktyabr 2012 17:37 (UTC +04:00)
İstedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçirildi.
Azercell növbəti əmək yarmarkasında iştirak etdi

İstedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçirildi.

Azercell Telekom MMC də əmək yarmarkasında iştirak edərək, tələbələr və məzunlar üçün mövcud olan proqramlar və vakansiyalar haqqında geniş məlumat təqdim etdi. Şirkət nümayəndələri Azercell tərəfindən hər il həyata keçirilən təqaüd və təcrübə proqramları haqqında da tələbələri məlumatlandırdılar.

Əmək Yarmarkasında Azercell daha bir özəlliyi ilə fərqləndi. Belə ki, CV-lərini şirkətə təqdim edən tələbələrə Azercell tərəfindən hədiyyələr təqdim olundu.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır. Bundan əlavə, artıq neçə illərdir ki, şirkətin élan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercelldən əlavə təqaüd alırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercellin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Azercell bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini heç vaxt əsirgəmir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti