...

Azərbaycanda ev telefonlarından MMS göndərilməsi xidməti işə salınır

Telekommunikasiya Materials 16 Yanvar 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir H. Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) ev telefonlarından multimedia məlumatlarının (MMS - Multimedia Messaging Service) göndərilməsi xidmətini işə salır. Bu barədə çərşənbə günü Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, şirkət MMS-lərin göndərilməsi xidmətini göstərmək üçün işə salınacaq server avadanlğını almağı planlaşdırır. Xidmət IP protokuluna əsaslanacaq və NGN şəbəkəsi bazasında (Next Generation Network) qurulan telekommunikasiya qovşaqlarında göstəriləcək.

"MMS xidmətindən istifadə etmək üçün SIP telefonlar lazım olacaq. Bu VoIP telefonlarının (və ya proqramlı telefonlar) bənzəridir. Bu telefonlar VoIP (IP protokolu üzrə göndərilən səs) texnologiyasından istifadə etməklə telefon zəngləri etməyə imkan verir. Bu xidmətdən istifadə edildiyi bütün müddət ərzində abunəçinin adına IP telefon nömrəsi yazdırılır. Həmin nömrə yaşayış yerinin dəyişiləcəyi təqdirdə saxlanır", - Kişiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti